Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şirlər arasında da koronavirus yayılıb

Şirlər arasında da koronavirus yayılıb

Tarix: 10 Noyabr 2021 10:52

Sinqapur zooparkında koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin baytar xidməti məlumat yayıb.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, COVID-ə heyvanxanadakı şirlər arasında rast gəlinib. Dörd Asiya və bir Afrika şirinin ölümcül virusa tutulduğu bildirilib.

İlkin ehtimallara görə, xəstəlik vəhşi heyvanlara zooparkın əməkdaşından keçib.

Artıq COVID-li heyvanlar digər həmcinslərindən təcrid olunub.


Etiketlər:  Şirlər arasında koronavirus yayılıb


RƏYLƏR