Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

15 milyon il əvvəl Xəzər dənizində... - ŞOK ARAŞDIRMA

15 milyon il əvvəl Xəzər dənizində... -  ŞOK ARAŞDIRMA

Tarix: 10 Noyabr 2021 13:30

Avstriyada Vyana Təbiət Tarixi Muzeyinin rəflərində 150 ildir saxlanılan qutu ilk dəfə açılıb.

Sonxeber.net Teleqraf.com-a istinadla xəbər verir ki, tarixi əhəmiyyət daşıyan sənədlərin olduğu düşünülən qutudan dəniz ilbizləri çıxıb.

Muzey rəhbərliyi qutudakı dəniz ilbizlərinin tədqiqinin davam etdiyini açıqlayıblar. Tədqiqatçılar isə ölkənin paytaxtı Vyanadan ilhamlanaraq ilbizlərdən birinə "Mitrella viennensis" adını veriblər.

Yetkililər qutuda tapılan xərçəngkimilərin üçdə birinin hələ də təfərrüatlı şəkildə araşdırılmadığını bildirib. Araşdırmanın sonunda hər yeni növə bir ad veriləcək.

Sözügedən dəniz ilbizlərinin 15 milyon il əvvəl yaşadığı müəyyən edilib. Mütəxəssislərin fikrincə, milyonlarla il əvvəl indiki Vyananı əhatə edən Paratetis okeanı bu heyvanların məskəni olub.

Paratetis okeanı Vyanadan Qafqaza qədər uzanıb. Mərcan riflərinin inkişaf etdiyi okeanda yüzlərlə müxtəlif canlılar, mərcanlar və balıqlar yaşayıb. Okean təxminən 5 milyon il əvvəl tədricən dayazlaşmağa və qurumağa başlayıb. Hazırda həmin okeandan Qara dəniz, Aral dənizi, Xəzər dənizi, Urmiya gölü kimi su hövzələri qalır.

"İtmiş okean" adlandırılan Paratetisdə yaşayan canlıların qalıqları böyük ölçüdə yoxa çıxıb. Amma Vyana Təbiət Tarixi Muzeyinin tədqiqatçılarının itmiş okeanda yaşamış ilbizlər haqda daha çox məlumat əldə etmək üçün hazırladıqları layihə sayəsində Paratetisdə yaşamış canlılar haqda yeni faktlar əldə olunub.

Aralarında 33 yeni növün müəyyən edildiyi ilbiz qalıqları XIX əsrdə toplanıb. İlbizlər 1889-cu ildə açılan muzeyə təhvil verilib və 150 ilə yaxındır mütəxəssislər tərəfindən tədqiq edilməsini gözləyib.


Etiketlər:  milyon əvvəl Xəzər dənizində ŞOK ARAŞDIRMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ