Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəsrinin yeni serialı yayımdan qaldırıla bilər

Nəsrinin yeni serialı yayımdan qaldırıla bilər

Tarix: 10 Noyabr 2021 15:00

Yayına yeni başlayan "Üç Kuruş" serialı ilə bağlı Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK-ə şikayət edilib.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, ekran işində qaraçılara qarşı ayrıseçkilik edildiyi və alçaldıcı ifadələr ehtiva edən sözlər işlədildiyi bildirilib.

Etnik qrupun nümayəndələri masada əyləşib həyatlarından xəbərsiz olduqları insanların onlar haqqında ssenari yazması və ekranlaşdırılması birmənalı qarşılanmayıb. Onlar ekran işinin yayımdan qaldırılmasını tələb edib.

Müvafiq qurumlardan verilən açıqlamalarda serialın növbəti bölümlərinin nəzarət altına alınacağı bildirilib.

Qeyd edək ki, ekran işinin baş rollarını Uraz Kayqılaroğlu, Nəsrin Cavadzadə, Ekin Koç və Aslıhan Malbora paylaşır.


Etiketlər:  Nəsrinin yeni serialı yayımdan qaldırıla bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ