Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2021 19:40
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu AzTV-nin Şuşada lentə alınan "Oxuyur Vətən" layihəsinin qonağı olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, layihənin çəkilişləri Bülbülün muzeyində baş tutub.
Xalq artisti atasının evində mahnı səsləndirib. O, "Girdim yarın bağçasına" adlı xalq mahnısını oxuyub. Bununla yanaşı P.Bülbüloğlu "Şən Azərbaycan" və "Qarabağım" mahnılarını ifa edib.