Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

30 ildən sonra: Futbol həyəcanı Şamaxıda

30 ildən sonra: Futbol həyəcanı Şamaxıda

Tarix: 11 Noyabr 2021 08:18

Azərbaycan Premyer Liqası 30 ildən sonra Şamaxıya qayıdacaq.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, "Keşlə"nin adını "Şamaxı"ya dəyişdirməsi və eyniadlı şəhərə köçməsi ilə böyük futbol da bura qayıdacaq.

Şamaxı hələ çempionatımız Premyer Liqa adlanmazdan güclülər dəstəsində də təmsil olunub. Bu, 29 il əvvələ təsadüf edib.

1992-ci ildə keçirilən ilk çempionatda Şamaxının "Şirvan" komandası da mübarizə aparıb. "Keşlə" bu il deyil, gələn il Şamaxıya köçəcəyindən futbol da bu şəhərə 29 deyil, 30 ildən sonra dönəcək.

26 komandanın iki qrupda oynadığı çempionat "Şirvan" üçün uğursuz alınıb. Şamaxı təmsilçisi A qrupunda 11-ci yeri tutub. Bu, komandaya yalnız 13-26-cı yerlər uğrunda yarışmaq imkanı verib.

Final mərhələsindən sonra 20-ci yerlə kifayətlənən şamaxılılar aşağı dəstəyə yuvarlanıb və bir daha geri dönməyib. Lakin Şamaxı yeni komanda ilə elitada təmsil olunacaq.

Həmin vaxt 38 oyunda 16 qələbə qazanan "Şirvan" 2 heç-heçə edib və 20 dəfə uduzub. Amma qələbələrdən dördü yarıyolda qalan "Gənclik" və Kürdəmir "Şirvan"ı ilə matçlara görə verilib. Bu oyunlarda top fərqi 42-67 olub.


Etiketlər:  ildən sonra Futbol həyəcanı Şamaxıda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ