Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Raket və artilleriya bölmələrində döyüş atışları icra edilib - VİDEO

Raket və artilleriya bölmələrində döyüş atışları icra edilib - VİDEO

Tarix: 11 Noyabr 2021 12:14

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışları icra edilib.

Müdafiə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri cəmləşmə rayonlarına çıxarıldıqdan sonra təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar.

Atəşin idarəedilməsi və digər suallar məşq etdirilərək hərbi qulluqçuların bilik və bacarıqları təkmilləşdirilib.

Bölmələr şərti düşmən hədəflərini sərrast atəşlə məhv edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.


Etiketlər:  Raket artilleriya bölmələrində döyüş atışları icra edilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ