Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2021 10:00
Niderlandın paytaxtı Amsterdamın məşhur küçələri, İraqın ən böyük şəhərlərindən biri, zəngin tarixə malik qədim Bəsrə, İtaliyanın romantik Venesiyasını təhlükə birləşdirir.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bütün bu şəhərlər dəniz səviyyəsindən çox aşağıda yerləşir və artıq dünya okeanlarının qalxmasının mənfi təsirini yaşamağa başlayırlar.
Alimlər əmindirlər ki, iqlim dəyişikliyi prosesi dayandırılmasa, Bəsrə, Amsterdam, Venesiya, eləcə də ABŞ-ın Yeni Orleanı, Vyetnamın Xo Şi Min şəhəri və Hindistanın Kəlküttəsi yer üzündən yox ola bilər.
Bütün bu proseslər uzaq gələcəkdə deyil, 2030-cu ildə gerçəkləşə bilər.