Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2021 10:28
NATO Rusiya ilə uzun döyüşə hazırlaşmalıdır, heç bir ssenari istisna edilmir, buna görə də gözlənilməz eskalasiyanın qarşısını almaq üçün danışıqlar aparılmalıdır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Yunanıstan müdafiə naziri Nikolaos Panayotopulos çıxış edib.
"Şərqdə Rusiyanın hərəkətləri NATO-nun açıq şəkildə müdafiə etdiyi azadlıqsevər beynəlxalq nizamı dəyərdən salır. Görünür, Rusiya məğlub edə bilməyəcəyi düşmənlə üz-üzədir. Çox güman ki, onun mövqeyi sarsılacaq. Bununla belə, Moskva BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ən böyük nüvə güclərindən biri kimi ciddi fəsadlar yarada biləcək mühüm oyunçu olaraq qalacaq", - N.Panayotopulos qeyd edib.