Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2021 17:10
Məşhur stilist Anar Ağakişiyev müğənni Güny İbrahimli və aparıcı Zümrüd Bədəlova ilə aralarında yaşanan qalmaqala bir daha münasibət bildirib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, stilist məsələ ilə bağlı ona sual ünvanlanmasını istəməyib. Anar bildirib ki, hər iki tanınmış haqda danışması onlar üçün piardır:
"Xahiş edirəm, mənə zəng vurmayın, açıqlama istəməyin. Sözümü dedim və açıqlamamı verdim. Heç kimi piar etməyəcəm: nə o, sifarişi verən müğənnini, nə də aparıcını. Çünki mən tam fərqli, onlar fərqli yerdədir. Onları piar etmək fikrində deyiləm. Mövzu açıldı, dedim və nöqtə qoydum".
Qeyd edək ki, Anar "Tarixin bir günü" proqramında Zümrüdün onu verilişə dəvət edib, daha sonra çəkilişi təxirə saldığını söyləyib. Anar iddia edib ki, Zümrüd bunu qəsdən edib. Buna səbəb isə onun rəfiqə olduğu və Anarla danışmayan müğənni Günay İbrahimlinin sifarişi olub.