Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2021 20:08
Ekvadorun Quayakil şəhərində yerləşən həbsxanada baş vermiş toqquşmalarda ən azı 52 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, ötən gün axşam həbsxanada qiyam başlayıb. Polis hələlik cəzaçəkmə müəssisəsində asayişin bərpa olunması barədə məlumat yaymayıb.
Xatırladaq ki, sentyabrın 28-də yuxarıda adıçəkilən həbsxanada müxtəlif dəstələrin nümayəndələri arasında toqquşmalar baş verib. Rəsmi məlumata görə, həmin vaxt 119 nəfər məhkum ölüb.