Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Komandamdan razı qaldım, amma..." - Tərlan Əhmədov

Tarix: 25 Avqust 2019 22:40

“Ağır oyun keçdi. Deyərdim ki, birinci hissədə daha maraqlı oyun sərgilədik. Fasilədən sonra əsas məqsədimiz qələbə hesabını qorumaq idi".
 
Qol.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 2-ci turunda "Sabah"a qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.

Qələbəni şərh edən çalışdırıcı qarşıdakı oyunarda daha yaxşı çıxış edəcəklərini bildirib: "Çalışdıq ki, ötən oyunda buraxdığımız səhvləri bu dəfə təkrarlamayaq. Komandamızın çıxışından razı qaldım, amma oyundan oyuna daha da yaxşı futbol sərgiləyəcəyik. Qarşıda bizi “Qəbələ” ilə çətin səfər qarşılaşması gözləyir”
 


Etiketlər:  Komandamdan razı qaldım amma Tərlan Əhmədov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ