Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İki taekvondoçumuz qızıl medal qazanı - FOTO

İki taekvondoçumuz qızıl medal qazanı - FOTO

Tarix: 13 Noyabr 2021 22:00

Gənc taekvondoçular arasında keçirilən Avropa birinciliyində daha iki idmançımız fəxri kürsüyə qalxıb.

Bosniya və Herseqovinada təşkil olunan qitə birinciliyində oğlanlar arasında Səyyad Dadaşov (51 kq), qızlar arasında isə Zemfira Həsənzadə (42 kq) bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına sahib olub.

İlk yarış günü isə 45 kq çəki dərəcəsində Pünhan Mürsəlov yalnız yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurmuşdur.

Beləliklə, komandamız aktivinnə iki qızıl və bir bürünc medal əlavə edib.

Xatırladaq ki, Avropa birinciliyinə 15 noyabrda yekun vurulacaq.

Milli.Az


Etiketlər:  İki taekvondoçumuz qızıl medal qazanı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ