Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2021 22:39
Koronavirusu keçirmiş istənilən şəxs sağaldıqdan 2 ay sonraya qədər tünd çay və qəhvə içməkdən çəkinməlidir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə kardioloq Anna Babalikaşvili deyib.
"Bu içkilər sinir sistemini qıcıqlandırır, ürək ritmini qaldırır. Koviddən sonra çox xəstələrdə təngnəfəslik, aritmiya qalır. Ona görə bu içkilər onların vəziyyətini daha da pisləşdirə bilər. Nəinki kovid olanlar, həmçinin peyvənd olunanlar da 1-2 ay bu içkilərdən uzaq dursun. Bunların əvəzinə yaşıl çay içə bilərsiz", - deyə Babalikaşvili bildirib.