Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Niderlandda dahi şair Nizami Gəncəviyə həsr olunmuş kitab nəşr edilib

Niderlandda dahi şair Nizami Gəncəviyə həsr olunmuş kitab nəşr edilib

Tarix: 14 Noyabr 2021 14:10

Almaniyada yaşayan tanınmış yazıçı-publisist Orxan Arasın dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr etdiyi kitab türk və niderland dillərində nəşr olunub.

Bu barədə Milli.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Niderlandda fəaliyyət göstərən Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin dəstəyi ilə çap olunmuş kitabda qüdrətli söz ustadının həyat və fəaliyyəti haqqında məlumatlar və əsərləri yer alıb.

Dərnəyin rəhbəri İlhan Aşkın bildirib ki, dekabrın 17-də Niderlandın nüfuzlu kitabxanalarının birində nəşrin təqdimat mərasimi keçiriləcək. Xatırladaq ki, Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Azərbaycanda "Nizami Gəncəvi İli" elan edilib.

Milli.Az


Etiketlər:  Niderlandda dahi şair Nizami Gəncəviyə həsr olunmuş kitab nəşr edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ