Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2021 16:46
ngiltərənin Çeşir qraflığının Uorrinqton şəhərində toyu olacaq gəlin sağalmaz xəstəlikdən dünyasını dəyişib.
Sonxeber.net Lent.az-a istinadla bildirir ki, 51 yaşlı Lesli Peroun 2021-ci ildə Cüzeppe Salamoneyə ərə getməyi planlaşdırıb. Lakin onun planını gözlənilməz diaqnoz alt-üst edib.
Ötən ilin sonunda o, boğazında ağrı, udqunma çətinliyi və tüpürcəkdə qan olması səbəbindən həkimə müraciət etməli olub. Müayinə zamanı onun qida borusunda bədxassəli şiş olduğu müəyyən edilib.
Bu xərçəngin sağ qalma nisbətləri aşağı olsa da, qadın və ailəsi ən yaxşısına ümid edirdi. Peroun kimyaterapiyaya başlayıb və Salamone işdən məzuniyyət götürüb, bütün vaxtını sevgilisinə və onların 17 yaşlı qızı Miaya həsr edib.
Kimyaterapiya nəticə verməyib və fəsadlara səbəb olub - britaniyalı qadın daim ürəkbulanma keçirib və səhhəti pisləşməyə davam edib.
Sonra həkimlər müalicəni korrektə edib, xəstəyə radioterapiya təyin ediblər. Radiasiya terapiyasının daha effektiv olduğu sübut olunub, lakin yaxşılaşma uzun sürməyib və Peroun oktyabrın 25-də vəfat edib.