Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədət Quliyev “Dubai Airshow-2021” sərgisində iştirak edib - FOTO

Mədət Quliyev “Dubai Airshow-2021” sərgisində iştirak edib - FOTO

Tarix: 14 Noyabr 2021 18:15

Noyabrın 14-18-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Dubai Airshow 2021" 17-ci aviasiya sərgisi keçirilir.

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, iki ildən bir təşkil olunan sərgidə dünyanın 100-dən çox ölkəsindən naviqasiya aparatları, müşahidə və kommunikasiya sistemləri, süni intellekt avadanlığı, pilotsuz uçuş aparatları (PUA) və təyyarələr, kosmik peyk və s. istehsalçısı olan 1000-ə yaxın şirkət iştirak edir.

Dubayın vəliəhd şahzadəsi və İcra Şurasının sədri Şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl Maktumun iştirakı ilə keçirilən açılış mərasimində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev də iştirak edib.

Tədbir çərçivəsində Mədət Quliyevin "International Golden Group" şirkətinin icraçı direktoru Fadel Saif Əl Kaabi ilə görüşü olub. Görüşdə hərbi-texniki sahədə mövcud əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.

Milli.Az


Etiketlər:  Mədət Quliyev Dubai Airshow 2021 sərgisində iştirak edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ