Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Konsertində 9 nəfərin öldüyü reper klubda belə əyləndi - FOTOlar

Konsertində 9 nəfərin öldüyü reper klubda belə əyləndi - FOTOlar

Tarix: 15 Noyabr 2021 16:45

Reper Dreyk 9 nəfərin öldüyü, 300 nəfərin isə yaralandığı sonuncu konsertindən sonra əyləncə məkanlarının birində görüntülənib.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, 35 yaşlı müğənninin gecə klubunda 1 milyon dollar xərclədiyi iddia edilib. Onun görüntülərdə pulları klubda olan xanımlara payladığı əks olunub.

Həmin video klub və DJ Akademiks tərəfindən paylaşılsa da, sonradan silinib. Lakin "The Sun" nəşri paylaşımında Dreykin hesabını işarələyərək onun həqiqətən də orada əyləndiyini vurğulayıblar.

Qeyd edək ki, Dreykin məşhur reper Travis Skottla bölüşdüyü konsert faciə ilə nəticələnib. Hadisə zamanı yaralanan Kristian Paredes və Manel Sousa müğənniləri məhkəməyə verərək onlardan ayrı-ayrılıqda 1 milyon dollar təzminat tələb edirdilər.


Etiketlər:  Konsertində nəfərin öldüyü reper klubda belə əyləndi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ