Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2025 19:20
Həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlı əməliyyat olunub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat tibb məntəqəsində həyata keçirilib.
Meyxanaçının səhhətində yaranan müəyyən problem səbəbindən ona tibbi cərrahi müdaxilə edildiyi bildirilir.
Məsələ ilə bağlı Rəşad Dağlının vəkili Elvin Əliyevlə əlaqə saxladıq. Vəkilin sözlərinə görə, Rəşad Dağlı tibbi müayinə olunub və onun əsasında kiçik bir cərrahi prosedur icra edilib:
"Hazırda səhhəti yaxşıdır, narahat olmağa əsas yoxdur".
Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Meyxanaçının 6 il 6 ay çəkilməmiş cəzası qalıb.