Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2021 22:24
Mədədə olan problem, qastrit və xoranın əsas səbəbkarının Helikobakteri pylori adlı mikrobun olması artıq çoxdan sübut olunub.
Sonxeber.net xəbər verir ki, ürəkbulanma, spazm, mədə-bağırsaqda ağrı, həzmsizlik şikayətləri zamanı mütləq mədənin daxili müayinəsindən əlavə, helikobakteri testi analizi də verilməlidir.
Əgər bu mikrob analizi verilmədən, mədə müalicəsi aparılarsa, müalicənin effekti olmaya bilər.
Elmi olaraq sübut edilib ki, bu mikrob mədənin selikli qişasında iltihab əmələ gətirir. Yer üzündə insanların yarıdan çoxunda bu bakteriya var.
Lakin bəzi insanlarda bakteriya uzun illər heç bir fəsad və simptom vermədən yaşaya bilər. İnfeksiyanın daşıyıcıları qastrit və xora, qarında ağrı, köpdən əziyyət çəkirlər.
İmmun sistem mədə divarında kök salan bu bakteriyaya qarşı mübarizə apara bilmir.
Helikobakterinin aktiv olmasının və mədədə iltihab yaratmasının əlamətləri:
- Ürəkbulanmalar, adətən yedikdən sonra keçir
- Qarında spazm, ağrı
- İştahsızlıq
- Qəbizlik, ishal
- Gəyirmə
- Qıcqırma
- Köp
- Sancılar
- Mədədə ağırlıq
Adətən bakteriya bir insandan digərinə çirkli əllər, ümumi qab, ağız suyu, gigiyena vasitələri ilə keçir.
Beləliklə, bu xəstəlik ailəvi olur.
Xəstəlik xüsusi antibiotiklərlə müalicə edilir. Əlavə olaraq digər dərmanlarla müalicə 15 gün davam edir. Helikobakteriyə qalib gəldikdə, yuxarı simptomlar yoxa çıxır və qastriti sonradan sağaltmaq olur.
Təkrar yoluxmamaq üçün təmizliyə riayət etməli, özünü qorumalı, yaxşı qidalanmalı və immuniteti möhkəmlətmək lazımdır. /medicina.az