Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişi şahmatçılarımızdan ardıcıl qələbələr

Kişi şahmatçılarımızdan ardıcıl qələbələr

Tarix: 15 Noyabr 2021 23:46

Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət komandası məğlubiyyətsiz irəliləyir.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu gün turnirin dördüncü turunda şahmatçılarımızın Macarıstan komandası ilə qarşılaşması heç-heçə ilə başa çatıb. Bundan əvvəlki turlarda kişi şahmatçılarımız qələbə qazanıblar.

Qadın şahmatçılarımızın Almaniya komandası ilə oyunları davam edir.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Çempionat noyabrın 21-dək davam edəcək.


Etiketlər:  Kişi şahmatçılarımızdan ardıcıl qələbələr


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ