Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amerikalı diplomat: Türkiyəsiz mümkün deyil!

Amerikalı diplomat: Türkiyəsiz mümkün deyil!

Tarix: 16 Noyabr 2021 10:40

Suriya probleminin Türkiyəsiz həll olunması ehtimalı yoxdur.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Suriya üzrə keçmiş nümayəndəsi Ceyms Cefri deyib.

O, hazırda Yaxın Şərqdə ciddi münaqişənin yaşandığını bir daha təsdiqləyib:

"İran, Rusiya, ABŞ, Türkiyə və ən azı Hərbi Hava Qüvvələri ilə birgə İsrail Suriya mövzusuna daxildir. Türkiyə təhlükəsizlik məsələləri səbəbindən regiondan ayrılmaq istəmir. Ankara sərhəd boyunca müdafiə olunmaq məcburiyyətindədir".

Diplomat onu da əlavə edib ki, Suriya rejimi provokasiya yaratmağa cəhd edir:

"Suriyada İŞİD-in öldürdüyü əsgərlərdən söhbət gedir. Əsəd rejimi bu terrorçuları təşviq edir, zəmin hazırlayır. Suriya rejimi, həmçinin narkotik ticarətinə də himayədarlıq edir. Bununla da öz hərbi qüvvələrini maddi cəhətdən təmin edir. İqtisadi cəhətdən üstünlük qazanmağa çalışır".


Etiketlər:  Amerikalı diplomat Türkiyəsiz mümkün deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ