Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2021 11:30
Bərdə rayonunda qanunsuz ağac kəsən şəxslər aşkar edilib.
Sonxeber.net xəbər verir ki, rayonunun Xanərəb kəndi ərazisində qovaq ağaclarının kəsilərək məhv edilməsi barədə ETSN-in 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən rayon prokurorluğuna daxil olub.
Araşdırma ilə müəyyən edilib ki, qeyd edilən ərazidə 58 ədəd qovaq ağacı kəsilərək məhv edilmiş və nəticədə təbiətə 12 min 590 manat məbləğində ziyanın dəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 259.2.1 (qanunsuz ağac kəsmə təkrar törədildikdə) və 259.2.4-cü (qanunsuz ağac kəsmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılıb.
İstintaq hərəkətləri davam etdirilir.