Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkarlanıb

Yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkarlanıb

Tarix: 16 Noyabr 2021 12:12

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Biləsuvar rayon sakini İ.Əzizliyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.


Etiketlər:  Yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkarlanıb


RƏYLƏR