Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2021 14:18
Fransa prezidenti Emmanuel Makronun mühafizəçisi Yelisey sarayında keçirilən şənlikdən sonra təcavüzə məruz qalıb. İndi prokurorluq iyul ayında baş verən insident zamanı həmkarının qadın əsgərə təcavüz iddiasını araşdırır.
"The Guardian" yazır ki, iddia edilən hücum bu ilin yayında prezident Makronun iştirak etdiyi general və daha iki nəfərin vida ziyafətindən sonra baş verib.
Libération xəbər verir ki, gənc qadın iddia edilən hücumdan sonra polis bölməsinə gəlib və həmin gecə təcavüz barədə dərhal məlumat verib. Vəziyyəti şərh etmək istənildikdə, prezidentin sözçüsü "hakimiyyət bu iddialardan xəbər tutan kimi, zərərçəkmiş olduğu iddia edilən şəxsə dəstək üçün dərhal tədbirlər görüb və təqsirləndirilən şəxs dərhal Yelisey Sarayından uzaqlaşdırılıb" söyləyib.
Anar Əli