Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İllər əvvəl səhnəni atsaydım, imkanlı bir ailənin xanımı olardım'' - Xalq artisti efirdə ağladı - VİDEO

“İllər əvvəl səhnəni atsaydım, imkanlı bir ailənin xanımı olardım'' - Xalq artisti efirdə ağladı - VİDEO

Tarix: 16 Noyabr 2021 20:25

"Bu günlər çox həssasam. Mən səhnə üçün nələri qurban etdim. Amma bu gün hüzur axtarıram ki, rahat oturum, məndən danışmasınlar. Məni tamamilə unutsunlar.  Heyfsləndim! Həyatımı qurban verdim". 

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Söz Baz" proqramında qonaq olarkən deyib.  

Məşhur aktrisa efirdə göz yaşlarını saxlaya bilməyib, sevdiyi insanı səhnəyə dəyişdiyini bildirib:

"İllər əvvəl səhnəni atsaydım, imkanlı bir ailənin xanımı olardım. Qızımı da rahat böyüdərdim. O qədər gözəl şanslar var idi ki... Sevdiyim insanı səhnə üçün qurban verdim. Bilsəydim ki, bu cür şeylər var, heç səhnəni seçməzdim. Azərbaycanlı idi, səhnəni atıb başqa ölkəyə getməli idim. Sevə-sevə ayrıldım. Başqası ilə ailə qurdum. Sevəndə də adamı dəli kimi sevirəm. 

Bu gün isə tək qadın... Gül kimi uşaq böyüdürəm. Heç bir dəstəyim olmayıb.  Hətta atası belə köməklik etmir". 


Etiketlər:  İllər əvvəl səhnəni atsaydım imkanlı ailənin xanımı olardım Xalq artisti efirdə ağladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ