Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məscidlər üçün “Allahın evi” ifadəsi işlədilə bilərmi?

Məscidlər üçün “Allahın evi” ifadəsi işlədilə bilərmi?

Tarix: 16 Noyabr 2021 21:10

Uca Allah, Kitabında Allahın məcsidləri[1] və Kəbəyə mənim evim ifadəsini işlədir. Məsələn:

وَإِذْ بَوَّأْنَا لِإِبْرَاهِيمَ مَكَانَ الْبَيْتِ أَنْ لَا تُشْرِكْ بِي شَيْئًا وَطَهِّرْ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْقَائِمِينَ وَالرُّكَّعِ السُّجُودِ

Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: "Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!" (Həcc, 22/26.)

Ayədə işlədilən bu kimi ifadələr Allah rizası üçün tikilmiş ev mənasına gəlir.

Allahın evindən məqsəd, Onun ehtiyacı olub orada qalacağı bir yer deyil, yəni, insanların orada rahat oturub dua edəcəyi, namaz qılacağı, hər kəsin rahat şəkildə girib çıxdığı və insanlardan heç birinə məxsus olmayan ümuma açıq bir yer mənasınadır. Hətta fərqli inanç, din sahiblərinin də gəlib orada ibadət edə biləcəyi yerdir.


Etiketlər:  Məscidlər üçün Allahın ifadəsi işlədilə bilərmi


RƏYLƏR