Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yenidən təkrarlansa, bəşəriyyət nəsli kəsilməkdə olan növə çevriləcək – Şok iddia

Yenidən təkrarlansa, bəşəriyyət nəsli kəsilməkdə olan növə çevriləcək – Şok iddia

Tarix: 16 Noyabr 2021 21:24

"Yer kürəsində həyat üçün əsas təbii təhlükə supervulkandır".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə danimarkalı araşdırmaçı, elm adamı Lars Henrik Oqor özünün "Fəlakətlərin böyük Şeytanı" kitabında yazıb.

O, 75 min il əvvəl Sumatra adasında baş vermiş vulkan püskürməsini xatırladıb.

"Böyük coğrafiya 400 metr dərinliyə qədər lava, his və kül təbəqəsi ilə örtülmüşdü. Vulkandan bir neçə yüz kilometr radiusda olan bütün bitki və heyvanlar bu təbəqənin altında əbədi olaraq basdırıldı", - Oqor yazıb.

Onun sözlərinə görə, vulkan o qədər böyük həcmdə kül və qaz püskürüb ki, bunun nəticəsində əmələ gələn buludlar Asiyanın böyük hissəsini Günəş işığından məhrum edib. Eyni zamanda, təbii fəlakət vulkanik qışa səbəb olub, qlobal temperatur bir neçə il ərzində orta hesabla on dərəcə aşağı düşüb.

"Bütün bunların əcdadlarımıza necə təsir etdiyini ancaq təxmin etmək olar", - araşdırmaçı deyib.

O qeyd edib ki, püskürmədən illər sonra dünyada temperatur normallaşmağa başlayanda Yer kürəsində bir neçə min insan qalmışdı və bəşəriyyət nəsli kəsilməkdə olan növə çevrilmişdi.

Təcrübələrin və ədədi simulyasiyaların nəticələri göstərir ki, supervulkanların püskürməsi maye maqmanın yer qabığından qalxması nəticəsində baş verir - 10 kilometrdən çox dərinlikdən qalxdıqda kəskin şəkildə genişlənir və partlayışa və fəlakətli püskürməyə səbəb olur.

Milli.Az


Etiketlər:  Yenidən təkrarlansa bəşəriyyət nəsli kəsilməkdə olan növə çevriləcək Şok iddia


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ