Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koçaryan Paşinyanı istefaya səslədi

Koçaryan Paşinyanı istefaya səslədi

Tarix: 16 Noyabr 2021 22:36

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" müxalifət bloku ölkədəki vəziyyətlə bağlı bəyanatla çıxış edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ermənistan müxalifəti yaranmış vəziyyətdə Baş nazir Nikol Paşinyan hökumətini ittiham edərək, Ermənistanda xaosun hökm sürdüyünü bildirib.

Qeyd olunub ki, müxalifət vəziyyətin tam həllini hakimiyyətin istefasında görür. N.Paşinyanın istefasından sonra bacarıqlı qüvvələrin birləşməsi, yeni hökumətin formalaşdırılması, Ermənistanın xarici və daxili problemlərinin həlli üçün siyasətin təmin edilməsinin zəruriliyini vurğulayıblar.

Milli.Az


Etiketlər:  Koçaryan Paşinyanı istefaya səslədi


RƏYLƏR