Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İndi də quş qripi təhlükə saçır

İndi də quş qripi təhlükə saçır

Tarix: 17 Noyabr 2021 09:18

Avropa və Asiyada quş qripi virusu artır.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) məlumat verilib.

Cənubi Koreyada 770 min ev quşu olan fermada bütün heyvanlar məhv edilib. Avropa da bu istiqamətdə tədbirləri artırmağa başlayıb.

Quşçuluq sənayesində narahatlıq yaradan və tez-tez ticarət məhdudiyyətlərinə səbəb olan epidemiyalar insanlara da keçə biləcəyi üçün epidemioloqları da maraqlandırır.

Çin bu il indiyədək 2020-ci ildə H5N6 quş qripi alt növü ilə 21 insanda infeksiyanın qeydə alındığını açıqlayıb.

Yaponiyanın Kənd Təsərrüfatı Nazirliyinin ötən həftə verdiyi bəyanatı təsdiqləyən OIE ölkənin şimal-şərqindəki quşçuluq fermasında 2021-ci ilin qış mövsümünün ilk epidemiyası barədə məlumat verdiyini söylədi. Bu epidemiyanın serotipi H5N8 idi.

OIE bildirib ki, Avropada H5N1 quş qripi epidemiyası Norveçin Roqaland bölgəsində 7000 quş sürüsündə qeydə alınıb.

Belçika hökuməti Antverpen yaxınlığında vəhşi qazda quş qripinin yüksək patogenli ştammı aşkar edildikdən sonra ev quşlarının qapalı şəraitdə saxlanması barədə göstəriş verib.

Oktyabrda Niderland, bu ayın əvvəlində Fransa oxşar qərarlar qəbul edib.

Ümumiyyətlə quş qripi olaraq adlandırılan virusun yayılması əvvəlki epidemiyalarda 10 milyon quşun məhv edilməsinə səbəb olub.

Xəstəliklər adətən payızda baş verir və köçəri quşlar tərəfindən yayılır.

Quş qripi quş əti məhsullarının qəbulu ilə ötürülmür.


Etiketlər:  İndi quş qripi təhlükə saçır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ