Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2021 13:58
Əfqanıstanda siyasi hakimiyyətə gələn "Taliban" ölkədəki Buddist irsini qoruyacağına söz verib.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Taliban"ın Mədəniyyət və İnformasiya Nazirliyinin Arxeologiya Departamentinin rəhbəri Zabiulla Sadat məlumat verib.
O qeyd edib ki, ölkədəki tarixi abidələr, o cümlədən Budda heykəlləri mühafizə olunacaq, ehtiyac yaranarsa bərpa ediləcək.
Z.Sadat həmçinin əlavə edib ki, "Taliban" tarixi abidələri mühafizə etmək üçün xüsusi dəstələr ayıracaq.
"Taliban" abidələrin bərpası ilə bağlı xarici təklifləri nəzərdən keçirməyə də hazırdır", - deyə "Taliban" rəsmisi vurğulayıb.