Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2025 09:26
İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində maraqlı və gərgin qarşılaşmalar baş tutub.
Sonxeber.net xəbər verir ki, günün ən böyük sensasiyası "Enfild" stadionunda yaşanıb - "Liverpul" doğma meydanda "Kristal Pelas"a 0:3 hesabı ilə məğlub olaraq yarışdan kənarda qalıb.
Digər oyunda "Çelsi" səfərdə dramatik görüşdə "Vulverhempton"u 4:3 hesabı ilə üstələyib və 1/4 final mərhələsinə yüksəlib.
"Mançester Siti" isə aşağı liqa təmsilçisi "Suonsi" ilə qarşılaşıb və səfərdə 3:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlayıb.
"Arsenal" da azarkeşlərini sevindirib - "topçular" "Brayton" üzərində 2:0 hesablı qələbə ilə 1/4 finalda iştirak hüququ əldə ediblər.
Hüseyn