Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KOBİA və Rusiya İxrac Mərkəzi arasında əməkdaşlığa dair sənəd imzalanıb

KOBİA və Rusiya İxrac Mərkəzi arasında əməkdaşlığa dair sənəd imzalanıb

Tarix: 17 Noyabr 2021 14:04

Noyabrın 17-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Rusiya İxrac Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Rusiya İxrac Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş şəhər infrastrukturunun inkişafı - "Ağıllı şəhər"ə dair Rusiyanın biznes missiyası ilə görüş çərçivəsində sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Rusiya İxrac Mərkəzi adından Azər Talıbov imzalayıblar. Anlaşma Memorandumu Azərbaycan və Rusiya arasında kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın genişləndirilməsini, ixrac və sənaye sektoru üzrə məlumat mübadiləsini, qarşılıqlı biznes missiyaların və digər tədbirlərin təşkilini və s. nəzərdə tutur.


Etiketlər:  KOBİA Rusiya İxrac Mərkəzi arasında əməkdaşlığa dair sənəd imzalanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ