Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İnsan bir-birini bu qədər sevməz”

“İnsan bir-birini bu qədər sevməz”

Tarix: 17 Noyabr 2021 18:25

Müğənni Roza Zərgərlinin mənəvi oğlu, aktyor Corc Qafarov mərhum anası Leyla Qafarova ilə bağlı paylaşım edib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, aktyor anasının ölüm ildönümündə onunla bağlı bu sözləri yazıb:

"Mələyim anam, ruhun şad olsun. Səni hər an, hər saniyə hiss edirəm. Səni görürəm, səni duyuram, səni bütün bədənimdə hiss edirəm. Hər yerdə sən, sən, sən, yenə də sən. Elə bil məni buraxmaq istəmirsən. Bizim aramızda olan sevgi çox möhtəşəmdir. İnsan bu qədər bir-birini sevməz. Bizim aramızdakı bağlılığı bir sən, bir mən bilirəm. Səni o qədər çox istəyirəm ki, o qədər çox sevirəm ki, ağılasığmaz bir duyğudur. Mən sənəm və sən məndə yaşayırsan. Bir gün hamımız sənin görüşünə gələcəyik, ana! Sevgilərlə! Ruhun şad olsun, mələyim Anam! Allah rəhmət eləsin, rahat uyu".

Qeyd edək ki, Corc və qardaşı Jerard uşaq evində böyüyüb. R.Zərgərli onları övladlığa götürüb. Corc hazırda aktyorluq sənəti ilə məşğuldur. O, "Ata ocağı" serialında oynayır.


Etiketlər:  İnsan birini qədər sevməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ