Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2021 19:44
Peyvənd nisbəti artarsa, gələn ilin yazında COVİD-19 pandemiya kateqoriyasından endemik (yerli əsaslı xəstəlik) kateqoriyasına keçə bilər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci deyib.
"Hazırda ABŞ-da əhalinin 70 faizindən çoxu peyvəndin tam dozasını alıb. Əgər ABŞ-da daha çox insan peyvənd olunarsa və ABŞ hökuməti gücləndirici vaksinləri hamı üçün əlçatan edərsə, virus 2022-ci ilin yazında nəzarət altına alına bilər", - deyə Fauci bildirib.
Onun sözlərinə görə, COVİD-19 tamamilə yox olmayacaq və xəstəliyin cəmiyyətdə təsiri davam edəcək:
"Koronavirus bir müddətdən sonra qrip və ya qızılca kimi olacaq. Peyvəndin azaldıcı təsirini artırmaq üçün gücləndirici dozalar həyati əhəmiyyət kəsb edir".