Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlilabadda şəhid əsgər dəfn edilib

Cəlilabadda şəhid əsgər dəfn edilib

Tarix: 17 Noyabr 2021 21:50

Cəlilabadda şəhid əsgər Elçin Ağayev torpağa tapşırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan əsgər Ağayev Elçin Mərifət oğlunun cənazəsi Cəlilabad şəhərində ailəsinin yaşadığı evə gətirilib.

Vida mərasimdə icra aparatının və hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, rayon ictimaiyyəti, qazilər və şəhidin ailə üzvləri iştirak edib. Şəhid Elçin Ağayevin cənazəsi Cəlilabad şəhər qəbiristanlığında torpağa tapşırılıb. Dəfn fəxri qarovul və yaylım atəşi ilə müşayiət edilib.

Qeyd edək ki, Elçin Ağayev Cəlilabad rayonunun Soyuqbulaq kəndində 2002-ci ildə anadan olub. 11 ayın əsgəri olan şəhidimiz 3 qardaşdan biri, Ağayevlər ailəsinin sonbeşiyi idi.

Milli.Az


Etiketlər:  Cəlilabadda şəhid əsgər dəfn edilib


RƏYLƏR