Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dini turizmin "ürəyi" olan Ciddə həm ziyarət, həm də səyahət üçün unikal ölkədir: Ciddədə görməli 10 möhtəşəm Yer

Dini turizmin

Tarix: 17 Noyabr 2021 23:46

Ciddə Səudiyyə Ərəbistanının ikinci ən böyük şəhəridir. Şəhər Qırmızı dəniz sahilində yerləşdiyi üçün ölkənin ən əhəmiyyətli liman şəhəridir və deməli iş dünyasının mərkəzlərindən biridir. Bunun səbəblərindən biri də Səudiyyə Ərəbistanına həcc ziyarətinə gələn milyonlarla müsəlmanın ilk ayaq basdıqları yerin Ciddə olmasıdır.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, ziyarət turizminə görə Ciddə quru, dəniz və hava daxil olmaqla nəqliyyat şəbəkəsi ilə təchiz edilmiş bir şəhərdir. Ciddə Məkkəyə gedən tranzit yolunun ən canlı nöqtəsi kimi seçilir. 1600 kvadratmetr sahədə inşa edilən bu şəhər həm də inanc turizminin ürəyidir.

Ciddəyə rahat səyahət üçün xüsusi reyslər 

Səudiyyə Ərəbistanı bu ilin may ayından bəri Kiçik Həcc (Ümrə) ziyarəti üçün qapılarını açıb. Məkkədəki Qapalı məscidi və Mədinədəki Peyğəmbər məscidini yalnız Ərəbistan hökumətinin tanıdığı vaksinləri vurdurmuş şəxslər ziyarət edə biləcək. Ətraflı məlumatı bu linkdə oxuya bilərsiniz. 

Yerigəlmişkən, "Azərbaycan Hava Yolları"da Ciddəyə xüsusi reyslərin həyata keçirilməsinə başlayır. Bu uçuşlar noyabrın 25-dən etibarən həftədə bir dəfə, cümə axşamı günləri Airbus A319/Airbus A320 hava gəmilərində yerinə yetirəcək. Rəsmi dili ərəb, pul vahidi olaraq Ər-Riyadın istifadə edildiyi Ciddə 2500 illik tarixə malikdir. İslam dünyası üçün mühüm yeri olan Ciddədə bir çox tarixi binaya rast gəlmək mümkündür. Ona görə də ziyarətlə yanaşı Ciddədə həm də turist kimi gəzməkdən zövq alacaqsınız. Şəhərin bəzi hissələri isə YUNESKO-nun Ümumdünya İrs siyahısına daxildir.

Deyə bilərik ki, şəhərdə səhra istisi və buxarlı hava hökm sürür. Buna görə də axşam saatları şəhəri kəşf etmək üçün daha əlverişlidir. Ciddədə ilin demək olar ki, hər dövrünə təsadüf edən dini bayramlar keçirilir. Dekabrda bəzək göyərçinləri festivalı, yanvarda Al-Balad festivalı və iyulda Ciddə Yay Festivalı ən çox axtarılan tədbirlərdəndir.

Qədim tarixi ilə yanaşı, müasir görünüşü, dini ab-havası və canlı liman şəhəri olmasının özəllikləri ilə mütləq Ciddəyə baş çəkməlisiniz.

1) Ciddə Balıq Bazarı

Ciddə sahil boyu dəniz sərhədlərə malikdir. Sahildə olmağın bütün üstünlüklərini bu liman şəhərində tapa bilərsiniz. Ciddədə hər cür dəniz məhsullarına rast gəlmək mümkündür. Burada Qırmızı dənizin bütün zənginliyinə sahib olan çox məşhur balıq bazarı var. İstər yerli, istərsə də xarici, hər kəsin diqqətini çəkən bu bazardakı piştaxtalarda qaya balığı, mavi və qırmızı balıq, omar, ahtapot, krevet kimi müxtəlif dəniz məhsulları var. Bura gəlməklə insanların həyat tərzinin və kulinariya mədəniyyətlərinin də şahidi ola bilərsiniz.

2) Abdul Rauf Xəlil Muzeyi

İslam mədəniyyətinin yaşandığı Ciddədə şəhərin hər yerində tarixi və mədəni quruluşa rast gəlmək olar.

Şəhərin ən maraqlı muzeyi Abdul Rauf Xəlil Muzeyidir. Bu muzey 2500 ildən çox tarixi ilə İslam mədəni irsinə ev sahibliyi etməsilə tanınır. Muzeydə xarici turistlərin böyük maraq göstərdiyi məscid də var.

3) Al Shallal Tema Parkı

Ciddə səfəriniz zamanı muzeyləri və məscidləri kəşf etdikdən sonra əylənmək istəyirsinizsə, Al Shallal Tema Parkı sizin üçündür. Uşaqlı ailələrin zövq aldıqları yerlərdən biri olan bu park nəhəng oyuncaqları, buz meydançası, rəqs otaqları, oyuncaq otaqları və şənlik salonları ilə məşhurdur. Maraqlı konseptlərə malik zallar və amazon parkı Al Shallal Tame Parkı xüsusilə fərqləndirir.

4) Durrat Al Bahrain

Bu kompleks Ciddədən 40 kilometr aralıda yerləşir. Bu əyləncə parkına gəlməklə siz şəhərin izdihamından bir qədər uzaqlaşa və səyahətinizə rəng qata bilərsiniz. Durrat Al Bahrain-da su parkı, qolf klubları, kurortlar, restoranlar və kafelər, müxtəlif əyləncə parkları və yaxta marinası var.

Səhərdən axşama kimi bütün gününüzü rahat keçirə biləcəyiniz yer olan Durrat Al Bahrain-ə mütləq gəlməlisiniz.

5) Naseef House

Nasseef House Al Balad sərhədləri daxilində yerləşir və 2009-cu ildən muzey kimi ictimaiyyətə açıqdır. Çox maraqlı memarlıq görünüşünə malik binanın daxil olduğu kompleksdə 16 min kitab kolleksiyası olan kitabxana da var. Muzey cüm günü istisna olmaqla həftənin 6 günü açıqdır. Əgər muzeyə gəlmək istəyirsinizsə, 17.00-21.00 arası ziyarət saatlarını diqqətinizdə saxlayın.

6) Köhnə Şəhər (Al Balad)

Al Balad və ya Köhnə Şəhər Ciddədə 2500 illik tarixi olan ən qədim yaşayış məntəqəsidir. Şəhərin bu hissəsi ən azı 12 əsrdir ki, ciddəlilərin məskənidir. Köhnə Şəhər mərcan rəngli köhnə üslublu evləri ilə diqqət çəkir. Dünyanın hər yerindən insanlar bu evləri görmək üçün Al Balad küçələrində dolaşırlar. Al Balad 2014-cü ildə YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.

Müasir Ciddənin köklü tarixinin şahidi olmaq və bu mistik atmosferi yaşamaq istəyirsinizsə, bu tarixi rayonu mütləq görməlisiniz.

7) Kral Fəhd Fəvvarəsi

Ciddədə mütləq görməli yerlərdən biri də Kral Fəhd Fəvvarəsidir. Kral Fəhd Fəvvarəsi Ciddə şəhərinin mərkəzində yerləşir. Şəhərin simvollarından biri olan bu fəvvarənin 1980-1985-ci illər arasında Kral Fəhdin xatirəsinə tikildiyi məlumdur.

Qırmızı dənizdə yerləşən bu fəvvarə görənlərə bənzərsiz vizual zövq bəxş edir. Fəvvarədə dünyaca məşhur su şousu da var. Şou zamanı suyun hündürlüyünün 321 metrə qədər yüksəldiyi görünür.

Sözügedən su şousu ilə dünyada nadir rast gəlinən Kral Fəhd Fəvvarəsinin ətrafı xüsusilə axşamlar çox izdihamlı olur. Gecə işıqlandırması ilə fərqli gözəllik alan fəvvarəni axşam saatlarında görmənizi tövsiyə edirik.

İsveçrənin Cenevrə şəhərində bu fontana bənzər Jet D'eau adlı bina da tikilib.

8) Məkkə qapısı

Məkkə qapısı Ciddə ilə Məkkəni birləşdirən əsas yolda yerləşir. Belə ki, Məhəmməd peyğəmbərin doğulduğu yerdə inşa edilməsi səbəbindən buranın İslam dünyasında xüsusi əhəmiyyəti var. Məkkə qapısı 1979-cu ildə tikilib və Ciddə şəhərinin ən mühüm görməli yerlərindən birinə çevrilib.

Ciddə ilə Məkkə arasında səyahət edən sərnişinləri qarşılayan bu qapı Qurani-Kərimin kürsüyə bənzəyən stenddə açıq şəkildə dayanan təsviri kimi formalaşdırılıb. 

Məkkə qapısının da maraqlı tərəfi var. Bu qapıdan yalnız müsəlmanların keçməsinə icazə verildiyi də məlumatlar arasındadır. Ciddə şossesində səyahət edərkən Məkkə qapısı ilə qarşılaşa və bu əsərin qarşısında şəkil çəkdirərək yaddaşınızı əbədiləşdirə bilərsiniz.

9) Ciddə Qülləsi

Ciddə Qülləsinin başqa bir adı da Kral Qülləsidir. Dünyanın ən hündür qülləsi adına sahib olan qüllənin tikintisi 2019-cu ildə başa çatıb. Ümumi hündürlüyü 1001 metr olan Ciddə Qülləsini şəhərin demək olar ki, hər yerindən görmək mümkündür.

10) Tahliya küçəsi, Red Sea Mall

Ciddə səfərinizdə muzeylər və məscidləri gəzəndən sonra alış-verişə getməyin vaxtıdır. Ciddənin ən canlı və ən məşhur yerlərindən biri olan Tahliya küçəsi günün demək olar ki, hər saatı insanların axın etdiyi bir yerdir.

Bu küçədə dünyaca məşhur brendlərin mağazalarını görmək olar. Versace, Prada, Gucci və Chanel bu küçədə mağazaları olan dünyaca məşhur brendlərdən yalnız bir neçəsidir.

Mağazalardan alış-veriş etdikdən sonra dincəlmək istəyirsinizsə, Tahliyə küçəsində yerləşən kafe və restoranlara gedə bilərsiniz. Ərəb mətbəxinin ləzzətlərini dada biləcəyiniz bu restoranlarda əyləşərək Ciddədəki gündəlik həyatı da müşahidə edə bilərsiniz.

Ciddə şəhər mərkəzindən bir qədər kənarda yerləşən Red Sea Mall çox böyük ərazini tutur. Burada rahat alış-veriş edə, ərəb ləzzətlərini dada bilərsiniz. Red Sea Mall-a avtomobil icarəyə götürməklə və ya avtobusla gələ bilərsiniz.

Həmişə gəzməkdə! 

Milli.Az


Etiketlər:  Dini turizmin ürəyi olan Ciddə həm ziyarət həm səyahət üçün unikal ölkədir Ciddədə görməli 10 möhtəşəm Yer


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ