Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveçdə ilk dəfə vaksin sertifikatı tətbiq olunacaq

İsveçdə ilk dəfə vaksin sertifikatı tətbiq olunacaq

Tarix: 17 Noyabr 2021 23:50

Dekabrın 1-dən etibarən İsveçdə qapalı məkanlarda keçirilən kütləvi tədbirlərdə koronavirus pasportu tələb ediləcək.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hökumət bu addımı Avropada yoluxmalar kəskin artdığı üçün atıb.

Eyni zamanda vaksin olunmuş şəxslərin test edilməsini dayandırmaqla bağlı hökumət qərarına da yenidən baxılacaq. Səhiyyə Nazirliyi bildirib ki, ölkədə yoluxma səviyyəsi narahatverici həddə deyil. Lakin ölkə dünyadan təcrid olunmadığı üçün ehtiyat tədbirləri zəruridir.

Qeyd edək ki, İsveçdə karantinlə bağlı bütün məhdudiyyətlər sentyabrda ləğv edilib. Lakin vaksinasiya səviyyəsi çox yüksək olduğu üçün ölkə yoluxma göstəricisində ən aşağı yerlərdən birini tutur.


Etiketlər:  İsveçdə dəfə vaksin sertifikatı tətbiq olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ