Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2021 10:46
Ukraynalı siyasətçilərin fikrincə, Krım uğrunda müharibə boş qətnamələr çərçivəsində qalır, çünki Kiyev bilir ki, düşmənçilik hərəkətləri Rusiyaya hücum kimi qiymətləndiriləcək.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Gennadi Kuzmin deyib.
"Krımda insan haqlarının vəziyyətini ciddi şəkildə müzakirə etmək sadəcə olaraq mümkün deyil. 2014-cü il referendumunda demək olar ki, əhali yekdilliklə Rusiya ilə birləşməyə səs verdi. Krıma hücum Rusiya Federasiyasına hücumdur. Ukrayna bunu bilir. Siz də bilirsiniz", - Kuzmin vurğulayıb.