Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2021 21:36
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 226 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 357 223 nəfər test edilib, onların 22 234-nün koronavirus testi pozitiv nəticə verib, 29 538 nəfər sağalıb.
Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 119 029 798 peyvənd tətbiq edilib ki, bunun 90,49 faizi birinci, 80,18 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.