Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2021 10:34
"Paşinyanın dünən hökumətin toplantısında etdiyi "Dünən, bəyanatımdan sonra, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı təkliflərlə çıxış etdi. Rusiya MN-nin təklifləri İrəvan üçün məqbuldur. Müdafiə naziri Suren Papikyana tapşırdım ki, rusiyalı həmkarı ilə danışaraq təfərrüatları aydınlaşdırsın. Demarkasiya və delimitasiyanı Rusiyanın təklifləri əsasında həyata keçirməyə cəhd göstərəcəyik" açıqlamasını spekulyasiya kimi qiymətləndirirəm".
Bunu Sonxeber.net-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.
O bildirib ki, Ermənistan son hərbi təxribatlar zamanı arzu etdiyi beynəlxalq reaksiyanı ala bilmədi:
"Onun delimitasiya ilə bağlı təklifləri bizə bəllidir. Ermənistan hakimiyyəti ilk baxışdan sərhədlərin delimitasiya olunmasının tərəfdarı kimi çıxış etsə də, məsələnin alt qatlarında başqa destruktiv məqamlar yatır. Konkret olaraq, Paşinyan delimitasiya ilə bağlı razılaşmanın hansısa bəndinə Qarabağın "statusu" barədə xüsusi bir bəndin daxil edilməsini istəyir. İndiyə qədər sərhədlərin müəyyən olunması ilə bağlı prosesin konstruktiv məcrada getməməsinin əsas səbəbi də budur. Bu baxımdan, Paşinyanın delimitasiya barədə son açıqlamalarını blef kimi qiymətləndirə bilərik.
Təbii ki, son təxribatlar Ermənistana ciddi bir dərs oldu. Yarımgünlük müharibə Ermənistanın təcavüzkar siyasətini ifşa etməklə yanaşı, həm də acizliyini və zəifliyini göstərmiş oldu. Ermənistan son hərbi təxribatlar zamanı həm sahədə rüsvayçı məğlubiyyətə düçar oldu, həm də arzu etdiyi beynəlxalq reaksiyanı ala bilməyərək tam bir fiasko ilə üzləşdi".
Təhməz Əsədov