Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2021 08:58
Tbilisi Gürcüstan, Azərbaycan və Ermənistanın Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün "üçlük" çərçivəsində danışıqlar formatının yaradılması təşəbbüsü ilə çıxış edir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, belə bir bəyanatla parlamentdə Gürcüstanın XİN rəhbəri David Zalkaliani çıxış edib.
"Bizim alternativimiz təklif etdiyimiz təşəbbüslərdir, o cümlədən "üçlük" formatı - Cənubi Qafqazın üç ölkəsi. Orada Gürcüstan, Azərbaycan və Ermənistan iştirak edəcək. Tbilisi üç Cənubi Qafqaz ölkəsi arasında dialoq platformasına çevrilməlidir", - deyə gürcü nazir bildirib.
Onun sözlərinə görə, Tbilisinin qonşu ölkələrə regionda gərginliyin aradan qaldırılmasına və uzunmüddətli perspektivdə sülhün bərqərar olmasına kömək edəcək iqtisadi layihələrdə iştirak təklif etmək ambisiyaları var.
Xatırladaq ki, Zalkalianı dünən Gürcüstanın Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələsi üzrə "3+3" danışıqlar formatında iştirak etməyəcəyini açıqlamışdı.