Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2021 11:48
Almaniyada baş vermiş hadisə istər polisin, istərsə də sıravi insanların qəzəbinə səbəb olub.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Berlində avtomobil polisi vuraraq qaçıb. Yoldan keçən naməlum piyada isə ağır yaralı olan polisə yardım etmək əvəzinə, onun can verməsini telefonun yaddaşına köçürüb. O, videonu sosial şəbəkəyə yerləşdirdikdən bir neçə saniyə sonra qanun keşikçisi qanitirmədən dünyasını dəyişib.
Şəhərin polis rəisi bu davranışı alçaq hərəkət adlandırıb. Polisin həmkarlar təşkilatı isə insanların köməksiz vəziyyətdə qalan qanun keşikçilərinə yardım etmədiklərini bildirib.