Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2021 12:40
"Səs Azərbaycan" layihəsinin bugünkü buraxılışı maraqlı anlarla yadda qalıb.
Sonxeber.net Olay-a istinadən xəbər verir ki, Leyla Tağıyeva adlı iştirakçı dünyaca məşhur ulduz Beyonsenin "Halo" mahnısını oxuyub. Onun səsinə iki münsif dönüb.
Qeyd etmək lazımdır ki, Leyla instaqram fenomenidir. O, ağzı bağlı şəkildə danışa və mahnı oxuya bilir. Bu da həm münsiflərdə, həm də tamaşaçılarda təəccüb doğurub.
Leylanın seçimi isə Murad Arif olub.