Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ata qızını boynundan bıçaqlayaraq öldürdü - VİDEO

Ata qızını boynundan bıçaqlayaraq öldürdü - VİDEO

Tarix: 20 Noyabr 2021 16:08

Ata mübahisə edən qızını boynundan bıçaqlayaraq öldürüb.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Kayserinin Talas rayonunda ata mübahisə etdiyi qızını boynundan bıçaqlayaraq öldürüb.

Təcili tibbi yardıma zəng edən ata 2 uşağı olan qızını öldürdüyünü bildirib. Talasın Tablakaya Məhəlləsi 6182 küçəsində meydana gələn hadisədə Bəsri K. qızı Ş.T. ilə mübahisə edib. Mübahisə böyüyərkən ata Bəsri K bıçaqla qızının boynuna zərbələr endirib.

Bəsri K. daha sonra təcili zəng mərkəzinə zəng edərək qızını öldürdüyünü bildirib. Xəbərdarlıq üzərinə hadisə yerinə polis və sağlamlıq qrupu göndərilib. Sağlamlıq qrupları tərəfindən keçirilən baxışda Ş.T-nin həyatını itirdiyi məlum olub. Hadisə yeri araşdırma qruplarının çalışmasının ardından 2 uşaq anası Ş.T-nin cansız bədəni yarılma üçün meyitxanaya aparılıb. Qızını öldürən Bəsri K. polis tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Etiketlər:  qızını boynundan bıcaqlayaraq oldurdü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ