Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çinli gimnastlar qadınlar arasında sinxron tullanmada qızıl medal qazanıblar

Çinli gimnastlar qadınlar arasında sinxron tullanmada qızıl medal qazanıblar

Tarix: 20 Noyabr 2021 20:10

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatında qadınlar arasında sinxron tullanma proqramında 50,190 xal nəticə göstərən Çin gimnastları Yiçenq Hu və Sinxin Çjanq qızıl medal qazanıblar.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, gümüş medalı Yaponiyanı təmsil edən Narumi Tamura və Hikaru Mori (49,630 xal), üçüncü yerdə 46,670 xalla Portuqaliya idmançıları Katarina Marianito Nunes və Beatrice Martins qərarlaşıblar.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.


Etiketlər:  Çinli gimnastlar qadınlar arasında sinxron tullanmada qızıl medal qazanıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ