Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peyğəmbərlər və imamlar hər şeyi biliblər?

Peyğəmbərlər və imamlar hər şeyi biliblər?

Tarix: 20 Noyabr 2021 21:52

Peyğəmbər və imamların elmi tarix boyunca müsəlman firqələri və alimləri arasında mübahisələrə səbəb olmuş məsələdir. Bu barədə düzgün rəy bundan ibarətdir: Peyğəmbərlər və imamlar Allahın məsləhət gördüyü hər şeyi bilmişlər. Yəni Allah-Taala məsləhət bildiyi bütün elmləri onlara öyrətmişdi. Elə bir bilik yoxdur ki, peyğəmbər və imam onu bilməsin, amma başqası bilsin və bununla peyğəmbəri (imamı) aşağılayıb elmsizlikdə təqsirləndirsin. Məsumluğun şərtlərindən biri də xalqın gözündə eyib kimi görünən hər cür nöqsandan və əskiklik sayılan hər cür xüsusiyyətdən uzaq olmaqdır. Yəni elə bir hal baş verməməlidir ki, məsum şəxs öz bacarıqsızlığına və ya biliksizliyinə görə ətrafdakılardan utansın, kimsənin ondan üstünlüyü aşkara çıxsın. Bu baxımdan məsumlar öz zəmanələrində ən bilikli şəxslər olmuş və bütün zəruri bilikləri başqaları onlardan öyrənmişlər. Bu, həm dünyəvi, həm dini, həm də qeybi biliklərə aiddir.


Etiketlər:  Peyğəmbərlər imamlar hər şeyi biliblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ