Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2021 22:22
Bu məsələdə İslam alimləri arasında fikir ayrılığı vardır. Amma geniş yayılmış rəyə görə, oğlanlar hicri-qəməri təqvimlə 15, qızlar isə 9 yaşında yetkin sayılırlar və şəriət hökmlərini yerinə yetirmək məsuliyyətini daşıyırlar. Oğlanla qızın yetkinlik yaşının fərqli olması cinslər arasındakı fizioloji və psixoloji fərqlərə əsaslanır. Belə ki, qızlar həm bioloji, həm də psixoloji baxımdan oğlanlara nisbətən daha tez inkişaf edirlər. Qeyd edək ki, şəriət baxımından yetkinliyin bioloji şərtləri də vardır (risalədə bunlar şərh edilib). Əgər bu şərtlər göstərilən yaş həddindən əvvəl həyata keçsə, həmin uşaq artıq yetkin sayılır. Əgər bu bioloji şərtlər geciksə və hələ həyata keçməsə, o halda göstərilən yaş həddi yetkinlik həddi sayılır. Yetkinlik yaşı hələ ailə qurmaq yaşı deyil, bu yaşdan etibarən insana şəriət hökmləri (namaz, oruc və s.) vacib olur və o öz əməllərinə görə tam məsuliyyət daşıyır.