Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vüsalə Kərimova ilk dəfə boşanma səbəbini açıqladı - VİDEO

Vüsalə Kərimova ilk dəfə boşanma səbəbini açıqladı - VİDEO

Tarix: 21 Noyabr 2021 11:05

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı tele-aparıcı Vüsalə Kərimova olub.

Sonxeber.net bildirir ki, aparıcı keçmiş həyat yoldaşından danışıb:

"Sevdiyim insanla ailə həyatı qurmuşdum. Çox savadlı, alicənab insandır. 1998-ci ildə nişanlandıq. 1 il, 2ay sonra toyumuz oldu. 2000-ci ildə oğlum dünyaya gəldi. Çətin insanam. Mənimlə yaşamaq bir ömür istər. Son anadək çəkib getmərəm, getdimsə əsla geri dönmərəm. Ayrıldığımızda oğlumun 7 yaşı vardı. Əslində, öncədən ayrı idik. Amma rəsmi boşanma üçün müraciət etməmişdim. Rəsmən boşandığım gün hönkür-hönkür ağladım. Yanlış insanla yol getməkdənsə, yalnız yerimək daha yaxşıdır. Ayrılıqdan sonra çətin həyatım başladı. Ayrılığımızın əsas səbəbi indiyədək heç kimə məlum deyildi. Bunu ilk dəfə açıqlayıram. Səbəb əqidə məsələsi idi. Tamam fərqli insanlarıq. Nə evliliyimə, nə ayrılmağıma peşman deyiləm. Oğlumun savadlı, dünyagörüşlü olmasını atasına borcluyam. Keçmiş həyat yoldaşım bizə maddi dəstək göstərmir. Heç belə istəyim də olmayıb. Hətta alimentdən belə imtina etmişəm. Doğulduğu gündən 21 yaşına qədər oğlum üçün hər şeyi özüm etmişəm. Bu yaşına qədər oğlum haram yeməyib".


Etiketlər:  Vüsalə Kərimova dəfə boşanma səbəbini açıqladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ