Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden ikinci müddətə prezident olmaq niyyətindədir

Bayden ikinci müddətə prezident olmaq niyyətindədir

Tarix: 21 Noyabr 2021 12:36

ABŞ Prezidenti Cozef Bayden 2024-cü ildə ikinci müddətə prezident olmağa hazırlaşır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Washington Post" qəzeti yazıb.

"USA Today" və Suffolk Universiteti tərəfindən noyabrın əvvəlində dərc edilən sorğu göstərir ki, ABŞ seçicilərinin yalnız 38%-i Baydeni dəstəkləyir və əksəriyyəti onun ikinci müddətə prezident olmasına qarşıdır.

Bu, demokratların prezidentin yaşı ilə bağlı şübhələri, inflyasiya ilə bağlı narahatlıqlar və pandemiyanın öhdəsindən gəlmək üçün uğursuz cəhdlər fonunda baş verir.

Bir çox müşahidəçilər hesab edir ki, Demokratlar Partiyasının seçimi 57 yaşlı Kamala Harris ola bilər.

Milli.Az


Etiketlər:  Bayden ikinci müddətə prezident olmaq niyyətindədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ