Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2021 21:42
Avstriyada hökumətin COVİD-19-la mübarizədə tətbiq etdiyi yeni məhdudiyyətlər narazılıqla qarşılanıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, paytaxt Vyanada keçirilən aksiyada 35 minə yaxın insan iştirak edib.
Avstriya Azadlıq Partiyası isə etirazçıların sayının 100 mindən yuxarı olduğunu iddia edir. Etiraz yürüşü şəhərin mərkəzində nəqliyyatın hərəkətini iflic edib. Aksiya iştirakçıları bütün ölkə ərazisində noyabrın 22-dən tətbiq olunacaq qapanmadan narazılıqlarını ifadə edib, hökumətin pandemiya ilə mübarizə sahəsində yürütdüyü siyasəti tənqid ediblər. Bəzi yerlərdə polislə qarşıdurmalar baş verib. Asayişi pozan 10 nəfər polis tərəfindən saxlanılıb.